
İspaniyanın "Barselona" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.
Sportnet.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Martin Breytueytin COVID-19 testi pozitiv çıxıb.
31 yaşlı danimarkalı hücumçunun səhhətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, ötən gün "Barselona"da Oskar Mingesada da infeksiya aşkarlanmışdı.