“Yaxşı rəqibə qarşı oynadıq. Təəssüf ki, istədiyimiz oyun alınmadı".
Sportnet.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Məmmədov Gürcüstanda keçirilən UEFA İnkişaf turnirində Zambiyaya 1:3 hesablı məğlubiyyəti şərh edərkən deyib.
52 yaşlı mütəxəssis səbəb kimi rəqibin güclü təzyiqini göstərib: "İlk dəfədir millimiz Afrika komandasına qarşı oynayırdı. Bu, bizim gənc futbolçular üçün bir təcrübədir. Turnir hələ bitməyib, qarşıda Gürcüstan millisi ilə oyunumuz var. Əsas işimiz Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaqdır. Bu cür beynəlxalq oyunlar keçirməklə böyük təcrübə qazanırıq. Zambiya fiziki cəhətdən güclü kollektivdir və onlar bu görüşdə qələbəyə daha layiq idi”.