
"Qarabağ"ın "Zirə"yə qarşı Azərbaycan Kubokunun final oyununa ciddi itki ilə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
50 yaşlı mütəxəssis müdafiəçi Abbas Hüseynovun həlledici qarşılaşmada iştirak edəcəyinə inanmadığını bildirib: "Hələ məşqlərə başlamayıb. Yəqin, "23-lük"də olacaq. Lakin meydana çıxacağına inanmıram".
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 27-də Qəbələ şəhər stadionunda baş tutacaq.