UEFA Millətlər Liqasında IV turunda müvafiq olaraq, Almaniya ilə Macarıstana ev oyunlarında uduzan İtaliya və İngiltərə milli komandaları uzun müddətdən sonra ağır məğlubiyyətlə üzləşiblər.
Sportnet.az-ın məlumatına görə, "Skuadra Adzurra" 1957-ci ildən sonra ilk dəfə ən azı 5 top buraxaraq yenilib. Bu komanda 65 il əvvəl Mərkəzi Avropa Kuboku matçında keçmiş Yuqoslaviyaya uduzub - 1:6. Ötən gün Almaniya ilə görüşdə 2:5 hesablı məğlubiyyət qeydə alınıb.
İngiltərə isə 94 ildən sonra öz meydanında uğursuzluğa düçar olub. Sonuncu dəfə 1928-ci ildə "Uembli" stadionunda Şotlandiya yığmasına 1:5 hesabı ilə yenilmiş "Dumanlı Albion" təmsilçisi yenidən 4 top fərqi ilə uduzub.