
"Turan Tovuz" "Sabah" klubunun daha bir futbolçusunu icarəyə götürüb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Şakir Seyidov 2022/2023 mövsümünü Tovuz klubunda keçirəcək.
Daha əvvəl, Veysəl Rzayev bölgə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.