
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında "Qarabağ" "Zirə"nin qonağı olub.
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma "köhlən atlar"ın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı meydan sahibləri açıb. Coşqun Diniyev 34-cü dəqiqədə fərqlənib. Ağdam təmsilçisinin qollarını 44-cü dəqiqədə Toral Bayramov, 56, 60, 79 və 85-cü dəqiqələrdə Musa Qurbanlı, 64-cü dəqiqədə Kadi Borges, 68-ci dəqiqədə isə Ramil Şeydayev vurub.
Musa Qurbanlı cari mövsüm bir matçda 4 qol vuran ilk oyunçu olub.
Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 18-ə yüksəldib və "Neftçi"yə çatıb. "Zirə" isə 10 xalla 5-ci sıradadır.
Qeyd edək ki, günün ilk matçında "Kəpəz" "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib. Turun əvvəlki oyunlarında "Sabah" evdə "Turan Tovuz"u 3:1, "Qəbələ" "Sumqayıt"ı 1:0, "Neftçi" isə səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.
----------------------------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kəpəz" Qəbələdə "Şamaxı"nı qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan görüş Gəncə təmsilçisinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Hesabı 5-ci dədiqəqədə nominal qonaqlardan Nihad Quliyev açıb. 47-ci dəqiqədə Ahmed Ayzaya "Kəpəz"in bərabərlik qolunu vurub. 60-cı dəqiqədə isə Abdullahi Şuaybu matçda son nöqtəni qoyub.
Mövsümdə ilk qələbəsini qazanan "Kəpəz" 3 xalla 9-cu pilləyə yüksəlib. 2 xalı olan "Şamaxı" isə sonuncu - 10-cu sıraya geriləyib.
Günün və turun sonuncu görüşündə "Qarabağ" "Zirə"nin qonağı olacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Turan Tovuz"u 3:1, "Qəbələ" "Sumqayıt"ı 1:0, "Neftçi" isə səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.
--------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün VII tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk matçda "Kəpəz" Qəbələdə "Şamaxı"nı qəbul edəcək. 6 oyunun hamısında məğlub olan Gəncə təmsilçisi sonuncu - 10-cu, 2 xala malik qonaqlar 9-cu pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatlarında 30 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 17-də Şamaxı klubu qələbə qazanıb. Topların nisbətində də qonaqlar üstündür - 52:28.
Günün və turun sonuncu görüşündə "Qarabağ" "Zirə"nin qonağı olacaq. Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" 15 xalla 3-cü, "qartallar" isə 10 xalla 5-ci sıradadır. Tərəflər indiyədək Premyer Liqada 27 dəfə qarşılaşıblar. Bunların 18-də Ağdam təmsilçisi meydanı 3 xalla tərk edib. Digər 8 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də ölkə çempionunun aşkar üstünlüyü var - 55:12. "Zirə" isə heç vaxt bu rəqibinə qalib gələ bilməyib.
Azərbaycan Premyer Liqası
VII tur
18 sentyabr (bazar)
18:00. “Kəpəz” – “Şamaxı”– 2:1
Qol: Ahmed Ayzaya, 47. Abdullahi Şuaybu, 60 - Nihad Quliyev, 5
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Babək Quliyev
Qəbələ şəhər stadionu
20:30. “Zirə” – “Qarabağ” - 1:7
Qol: Coşqun Diniyev, 34 - Toral Bayramov, 44. Musa Qurbanlı, 56. 60. 79. 85 Kadi Borges, 64. Ramil Şeydayev, 68
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Turan Tovuz"u 3:1, "Qəbələ" "Sumqayıt"ı 1:0, "Neftçi" isə səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.