Bu il Qətərdəki dünya çempionatını buraxacaq futbolçuların reytinq siyahısı açıqlanıb.
Sportnet.az-ın Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən məlumatına görə, siyahıya Norveç millisinin və İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holan başçılıq edir.
İkinci yerdə İtaliya "Milan"ının isveçli forvardı Zlatan İbrahimoviç, üçüncü pillədə isə "Roma"nın Argentinadan olan ulduzu Paulo Dibala yer alıb.
İlk "10-luğ"a düşən bütün futbolçular:
1. Erlinq Holan (Norveç, "Mançester Siti")
2. Zlatan İbrahimoviç (İsveç, "Milan")
3. Paulo Dibala (Argentina, "Roma")
4. Məhəmməd Salah (Misir, "Liverpul")
5. Luis Dias (Kolumbiya, "Liverpul")
6. Viktor Osimhen (Nigeriya, "Napoli")
7. Marin Ödeqor (Norveç, "Arsenal")
8. Eldor Şomurodov (Özbəkistan, "Roma")
9. Riyad Mahrez (Əlcəzair, "Mançester Siti")
10. Canluici Donnarumma (İtaliya, PSJ).