UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi üçün "Qarabağ"ın potensial rəqibləri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi noyabrın 7-də keçiriləcək tədbirdə Konfrans Liqasında qruplarını 3-cü pillədə bitirmiş 8 klubdan birinə rəqib olacaq.
Onların arasında Çempionlar Liqasının ilk 2 təsnifat mərhələsində Ağdam komandasının mübarizədən kənarlaşdırdığı Polşa "Lex"i ilə İsveçrə "Sürix"i də var. "Qarabağ"ın III təsnifat mərhələsində üstələdiyi Macarıstan "Ferentsvaroş"u yoluna Avropa Liqasının pley-offunda davam etdirəcək.
Azərbaycan klubunun Çempionlar Liqasının qrup mərhələsinə yolunu kəsən Çexiya "Viktoriya"sı isə mübarizəni dayandırıb.
"Qarabağ"ın potensial rəqibləri:
"Anderlext" (Belçika)
"Bazel" (İsveçrə)
ÇFR (Kluj, Rumıniya)
"Dnepr-1" (Ukrayna)
"Fiorentina" (İtaliya)
"Gent" (Belçika)
"Lex" (Polşa)
"Partizan" (Serbiya)
Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Oyunlar 2023-cü il fevralın 16-da və 23-də olacaq. Pley-off cütlərinin qalibləri Konfrans Liqasının qrup mərhələsini ilk pillədə bitirmiş 8 komandadan biri ilə 1/8 final mərhələsində üz-üzə gələcək. Bu mərhələnin püşkü isə fevralın 24-də atılacaq.