
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, ilin və XVIII turun sonuncu oyununda "Zirə" "Kəpəz"i qəbul edib.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Qonaqların qollarını 25-ci dəqiqədə Fərid Nəbiyev, 41-ci dəqiqədə Nicat Süleymanov vurub. "Qartallar"ın heyətində 11-ci dəqiqədə Rəhim Sadıxov, 90+8-ci dəqiqədə Sertan Taşkın fərqlənib.
Matçda 4 qırmızı vərəqə də göstərilib. 18-ci dəqiqədə "Zirə"dən Coşqun Diniyev, 4 dəqiqə sonra onun komanda yoldaşı Nemanya Ancelkoviç meydandan qovulub. 57-ci dəqiqədə "Kəpəz"in heyətində Elçin Əlicanov, 90+1-ci dəqiqədə isə Giorgi Kantariya eyni halla üzləşib.
Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran Gəncə təmsilçisi 8-ci sıradakı "Sumqayıt"a çatıb. Paytaxt klubu 28 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" səfərdə "Sumqayıt"ı 6:0, "Qarabağ" "Səbail"i 3:0 hesabı ilə məğlub edib, "Qəbələ" isə öz meydanında "Turan Tovuz"la qolsuz sülhə razılaşıb.
-----------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə vurulacaq.
Sportnet.az-ın məlumatına görə, 2-ci dövrənin sonuncu - XVIII turunun bağlanış oyununda "Zirə" "Kəpəz"i qəbul edəcək.
Hazırda "qartallar" 27 xalla 4-cü, "sarı-göylər" isə 11 xalla 9-cu pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatında 13 dəfə qarşılaşıb. Bunların 6-da Bakı klubu, 3-də Gəncə təmsilçisi qələbə qazanıb. 4 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Rəşad Sadıqovun baş məşqçi olduğu komanda öndədir - 18:12.
“Zirə” son 5 matçda uduzmayıb. Bakılar son 4 ev oyununda qalib gəlib.
Azərbaycan Premyer Liqası
XVIII tur
25 dekabr (bazar)
15:00. “Zirə” – “Kəpəz” - 2:2
Qol: Rəhim Sadıxov, 11. Sertan Taşkın, 90+8 - Fərid Nəbiyev, 25. Nicat Süleymanov, 41
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" səfərdə "Sumqayıt"ı 6:0, "Qarabağ" "Səbail"i 3:0 hesabı ilə məğlub edib, "Qəbələ" isə öz meydanında "Turan Tovuz"la qolsuz sülhə razılaşıb.