
“Qarabağ”ın futbolçusu Kadi Borgesin agenti Helsio Alisk oyunçunun Rusiya "Krasnodar"ına mümkün transferini şərh edib.
Sportnet.az xəbər verir ki, o, "sport24.ru" saytına açıqlamasında klublar arasında birbaşa danışıqların davam etdiyini söyləyib.
"Kadi Borgesin transferi ilə bağlı indi nə baş verdiyini bilmirəm", - Alisk vurğulayıb.
Daha əvvəl Rusiya mətbuatı tərəflərin maliyyə məsələsində razılığa gələ bilmədiyini yazıb.
Qeyd edək ki, Kadi Borges 2021-ci ildən "Qarabağ"ın formasını geyinir. Braziliyalı oyunçu bu mövsüm 31 oyunda 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.