
Misli Premyer Liqasının XVII turunda "Neftçi" ilə oyundan sonra istirahətə buraxılan "Şamaxı" yanvarın 3-də Bakıda bir araya gələcək.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-də Türkiyənin Antalya şəhərinə yollanacaq və 11 gün orada məskunlaşacaq.
Bu müddətdə 3 yoxlama oyunu keçirəcək "şirlər" yanvarın 11-i Qazaxıstanın "Kaysar" və Rumıniyanın "Botaşani" klublarıyla qarşılaşacaq.
Bölgə təmsilçisinin son oyunu isə yanvarın 18-də Serbiyanın "Napredak" klubuna qarşı olacaq.