“David Alabanın Azərbaycanla oyunda iştirakı çətin görünür”.
Sportnet.az xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik aparıcı futbolçuları David Alabanın durumu barədə danışarkən deyib.
Onun sözlərinə görə, hazırda zədədən əziyyət çəkən kapitanın AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə oyunlarda iştirakı real deyil. Ranqnik əvəzində hücumçu Marko Arnautoviçlə bağlı optimist danışıb. Baş məşqçi forvardı bu qarşılaşmalarda oynatmaq niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək.