YAŞAT Fondu-nun təşəbbüsü və AFFA-nın təşkilatçılığı ilə ali təhsil müəssisələrinin bakalavr pilləsinə dövlət qəbul imtahanında ən yüksək bal toplamış şəhid Fəqan Xudaverdiyevin övladı Elton Xudaverdiyev Azərbaycan milli komandası ilə birlikdə Avstriya və İsveç səfərinə yollanıb.
Sportnet.az xəbər verir ki, Fəqan Xudaverdiyev AVRO-2024-ün hər iki matçını stadiondan canlı izləyəcək.
Şəhidlərimizin əmanətlərini elm, təhsil sahəsində ən böyük zirvələrdə görmək üçün YAŞAT Fondu həm onların təhsilinə yatırım edir, həm də uğurlarını mükafatlandırmağa çalışır.