Azərbaycan milli komandası səfərdə Avstriya ilə keçirdiyi AVRO-2024-ün seçmə oyununda itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, 58-ci dəqiqədə Eddi İsrafilov ayağından xəsarət alıb. Oyuna davam edə bilməyən "Neftçi"nin yarımmüdafiəçisini Elvin Camalov əvəzləyib.
Qeyd edək ki, hazırda AVstriya hesabda öndədir - 3:1.