“Neftçi”nin futbolçusu Eddi İsrafilov Azərbaycan milli komandasının düşərgəsindən ayrılacaq.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı yarımmüdafiəçinin səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzduqları “Avro-2024”ün seçmə mərhələ görüşündə zədələnməsidir.
Matçın gedişində zədələnən futbolçu Solnada İsveç yığmasına qarşı keçiriləcək qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, İsveç - Azərbaycan oyunu martın 27-də "Frends Arena"da baş tutacaq.