Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli "Konyaspor"un heyətində Türkiyə Super Liqasında növbəti tur oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, 26 yaşlı hücumçu XXVII turun "Umraniyespor"la səfər matçında start heyətdə yer alıb. O, 67-ci dəqiqədə yerini komanda yoldaşı Endri Çekiçiyə verib.
Görüş heç-heçə ilə yekunlaşıb - 2:2. Bu nəticədən sonra "Konyaspor" 35 xalla 8-ci, son pillədən qurtulan "Umraniyespor" isə 23 xalla 17-ci pillədə qərarlaşıb.