
"Neftçi"nin zədəli futbolçuları Ataa Caber və Vato Arveladzenin son durumu bəlli olub.
Sportnet.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib.
O bildiirb ki, hər iki oyunçu hələlik fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, "Neftçi" bu gün Misli Premyer Liqasının 30-cu turunda "Qəbələ"ni qəbul edəcək. Oyun saat 20:00-da başlayacaq.