Azərbaycan millisinin futbolçusu Mahir Emreli icarə əsasında çıxış etdiyi Türkiyə "Konyaspor"unda ilk qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı hücumçu evdə "Adana Demirspor"a qarşı keçirdikləri Superliqanın XXX tur oyununda fərqlənib.
41-ci dəqiqədə rəqib qapısına yol tapan forvard hesabı bərabərləşdirib - 1:1.
Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur.