
Misli Premyer Liqasında XXXI tura yekun vurulub..
Sportnet.az xəbər verir ki, son oyun günündə bir görüş keçiriləcək. "Sumqayıt" öz meydanında "Qəbələ" ilə qarşılaşıb..
Görüşün gedişində meydan sahibləri iki qolla önə keçsələr də, qonaqlar sona doğru 3 dəfə fərqlənərək, geridğnüş edib və qələbəyə nail olub - 3:2. Bununla da "Qəbələ" xalını 45-ə çatdıraraq, 4-cü pillənin vahid sahibinə çevrilib. "Sumqayıt" isə 25 xalla 8-ci pillədə qalıb.
23 aprel (bazar)
18:00. “Sumqayıt”– “Qəbələ” - 2:3
Qollar: Vüsal İsgəndərli, 57. Kərim Abubakar, 63 - Omar Hani, 74. Emil Səfərov, 78. Ramon Maçado, 90+5
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“Kapital Bank Arena”
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Kəpəz"lə, "Səbail" "Neftçi" ilə 1:1, "Qarabağ" "Zirə" ilə 2:2 hesablı heç-heçə edib. "Sabah" isə səfərdə "Turan Tovuz"a qalib gəlib.