"Qarabağ"ın əvəzedici komandasının və Azərbaycanın U-21 yığmasının üzvü Şirxan Həsənzadə dünyasını dəyişib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Həsənzadə faciəvi hadisə ilə aprelin 22-də üzləşib. Həmin gün klubun hazırlıq prosesində ikən onun ürəyi dayanıb.
20 yaşlı futbolçu təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin...