
"Özünüz də gördüz çox ciddi rəqibə qarşı oynayırdıq. İlk 10-15 dəqiqə oyuna tam hakim ola bilmədik. Buraxdığımız qol bizi ayıltdı. Gözlənilməz oldu biraz. Bütün həftə bunun üzərində işləyirdik. Buna baxmayaraq standart vəziyyətdən qol buraxdıq. Müsbət məqam budur ki, ruhdan düşmədik. Şükürlər olsin ki, heç heçə edə bildik. Qələbəyə layiq idik".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Estoniya yığması ilə oyundan sonra “CBC Sport”a açıqlamasında deyib.
"Bu gün mənim zərbəm qapıdan yan keçdi, Filipin zərbəsi dirəyə dəydi. Belə hallar futbolda normaldı. Bundan əvvəlki oyunlarda evdə Belarusiyaya, Qazaxıstana qol vurduq. Bunu bizim günümüzün olub olmaması iıə qiymətləndirirəm. Bundan daha yaxşısını bacara bilərik.
Futboldu, nəyin necə olacağını bilmək çətindir. Bu mövsüm mənim karyeram üçün çox çətin oldu. Az qol vurdum. Ümid edirəm ki, bu son belə mövsüm olar. Müqaviləyə görə Zaqrebə qayıdacam. Bu məsələ ilə menecerim məşğul olur. Özüm danışıq aparmağı etik saymıram. Hələlik plan belədir ki, milli komandanın düşərgəsindən ayrıldıqdan sonra 10 gün dincələcək və daha sonra Zaqreb "Dinamo"sunun düşərgəsinə qoşulacağam. Həmin vaxtadək hər hansı dəyişiklik olsa, hamı xəbər tutacaq".