
"İlk hissəyə ehtiyatdan baxırdım, göründüyü kimi rəqib güclü idi. 2-ci hissədə lazım olan oyunu göstərdik. Qələbə qolunu vura bilərdik".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Estoniya yığması ilə oyundan sonra “CBC Sport”a açıqlamasında deyib.
"Özümü yaxşı hiss edirəm. Yeni komandamda məni çox yaxşı qarşıladılar. Kollektivə tez adaptasiya oldum. Çox yaxşı mövsüm keçirirəm. Belə davam edəcəyimə ümid edirəm".