“Eştoril” klubunun futbolçusu Joazinyo Azərbaycandan təklif alıb.
Sportnet.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
34 yaşlı müdafiəçiyə ölkəmizlə yanaşı, Macarıstandan da maraq olduğu bildirilib.
Lakin təcrübəli oyunçunu istəyən kluların adları açıqlanmayıb.
Həmçinin, Joazinyonun təkliflərə baxmayaraq, “Eştoril”də qalacağı vurğulanıb.
Qeyd edək ki, 2020-ci ildən Eştoril təmsilçisindən çıxış edən portuqaliyalı cinah oyunçusu “Sportinq”, “Braqa”, “Şerif” və APOEL kimi klubların da formasını geyinib.