Son mövsümün ikinci yarısını icarə əsasında "Sumqayıt"da keçirən Dieqo Karrioka müqavilə ilə məxsus olduğu "Kolos"a qayıdıb.
Sportnet.az xəbər verir ki, bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb. Braziliyalı müdafiəçinin komanda qoşulduğu və "Niva" ilə yoxlama oyununda iştirak etdiyi bildirilib.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi 2023-cü ilin yanvarından "Sumqayıt"da çıxış edirdi. O, Misli Premyer Liqasında 10 oyuna çıxıb və 1 qol vurub.