Azərbaycan millisinin üzvü Musa Qurbanlının yeni klubu "Yurqorden" bu gün İsveç çempionatında növbəti oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, komanda 17-ci turda "Elfsburq"la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Musa bu oyunda meydana çıxarsa, İsveç çempionatında və "Yurqorden"də debüt etmiş olacaq. 21 yaşlı hücumçu bu ay "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Elfsburq" çempionatın turnir cədvəlində 36 xalla 1-ci (15 oyun), "Yurqorden" isə 30 xalla 4-cüdür (16 oyun).