Polşanın “Rakuv” klubunun futbolçusu Milan Rundiç UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ilk oyununu buraxacaq.
Sportnet.az xəbər verir ki, bunu Çenstoxova təmsilçisinin baş məşqçisi David Şvarqa deyib.
O bildirib ki, serbiyalı mərkəz müdafiəçisi hazırda zədədən əziyyət çəkir. Bu səbəbdən 31 yaşlı oyunçu “Miejski” stadionundakı qarşılaşmada iştirak edə bilməyəcək.
Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.