
"Lion"un sabiq futbolçusu Musa Dembelenin yeni klubu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 27 yaşlı hücumçu Səudiyyə Ərəbistanı "Əl-İttifaq"ına keçib. Bu haqda sözügedən klubun saytı məlumat yayıb. Forvard ilə 3 illik müqavilə imzalanıb. O, komandaya azad agent kimi keçib.
Qeyd edək ki, ötən mövsüm Musa Dembele Liqa 1-də "Lion"da çıxış edib. O, Fransa çempionatında 23 matçda 3 qol vurub.