
"Real"ın yeni transferi Arda Güler klubun ABŞ-dakı düşərgəsindən ayrılacaq.
Sportnet.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, zədələnən və müalicə alanTürkiyə millisinin yarımmüdafiəçisi sağalmadığı üçün Madridə qayıdacaq. Onun müalicəsinə sözügedən şəhərdə davam etdiriləcək.
Qeyd edək ki, A.Güler bu ay "Real"a transfer olunub.