Azərbaycan Premyer Liqası bu mövsüm də “Misli”nin sponsorluğu ilə keçiriləcək.
Sportnet.az xəbər verir ki, Peşəkar Futbol Liqası ilə Azərbaycanın qanuni idman mərc oyunları operatoru “Misli” arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb. Razılığa əsasən, 2023/2024-cü illər mövsümündə də “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq. Tərəflər arasında müqavilə rəsmilərin iştirakı ilə keçirilən tədbirdə imzalanıb.