
Bu gün Misli Premyer Liqasında 2-ci tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
Günün ilk matçında "Araz-Naxçıvan" "Qəbələ"ni qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Digər qarşılaşmada isə "Kəpəz" "Zirə"nn qonağı olub. 1:0 hesabı ilə qalib gələn Bakı klubu 6 xalla liderliyə yüksəlib.
Qeyd edək ki, turun digər görüşləri 13-14 avqust tarixində keçiriləcək
12 avqust (şənbə)
21:00. “Zirə” – “Kəpəz” - 1:0
Qol: Qismət Alıyev, 64
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu
18:30. “Araz-Naxçıvan” – “Qəbələ” - 2:0
Qollar: İsmail Azzaui, 17, Elvis Maşike, 83
Qırmızı vərəqə: Ülvi İsgəndərov, 90+3 ("Qəbələ")
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev
“Dalğa Arena”