"Buriram Yunayted"in baş məşqçisi Artur Papas ölkə çempionatının 2-ci turunda Ramil Şeydayevin debüt qolunu vurduğu “Lamphun Varrior” üzərində qələbəni (3:0) şərh edib.
Sportnet.az xəbər verir ki, komandanın baş məşqçisi Azərbaycan millisinin forvardı haqda bunları deyib:
"Nikolao Kardozo və Ramil Şeydayev cəmi iki ay əvvəl Tailanda gəliblər. Onlar hələ bura uyğunlaşa bilməyiblər. Adaptasiya üçün vaxt lazımdır. Ümumiyyətlə, bu matçda təkcə onlar deyil, bütün komanda yaxşı oynadı".