“Arsenal”ın keçmiş hücumçusu Tyerri Anri futbol üzrə Fransanın olimpiya milli komandasının və 21 yaşaltı gənclərdən ibarət yığmasının baş məşqçisi təyin edilib.
Sportnet.az xəbər verir ki, onun təyinatı ilə bağlı qərarı Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi yekdilliklə qəbul edib. O bu postda 46 yaşlı Silveyn Ripollu əvəzləyib. Anri 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Fransa millisinə başçılıq edəcək.
Anri daha əvvəl Belçika yığmasında (2016-2018, 2021-2022) köməkçi məşqçi işləyib. O həmçinin, “Monako” və Kanadanın “Monreal İmpakt” komandalarına rəhbərlik edib. Anri futbolçu kimi “Monako” ilə Fransa çempionu, “Arsenal”la ikiqat İngiltərə çempionu və “Barselona” ilə ikiqat İspaniya çempionudur.