Real Madridin futbolçusu Ferland Mendinin karyerasını başa vurmaq təhlükəsi yaranıb.
Sportnet.az insayder Fabritso Romanoya istinadən xəbər verir ki, fransalı müdafiəçinin bud nahiyəsində vətər yırtığı və sümük ayrılması aşkarlanıb.
Bildirilib ki, futbolçu əməliyyat olunacaq.
Məlumata əsasən, bərpa prosesinin uğursuz keçəcəyi halda 29 yaşlı oyunçunun peşəkar karyerasını erkən başa vurmaq ehtimalı var.




















































































