Səudiyyə Ərəbistanı klubu İngiltərə "Liverpul"unda çıxış edən misirli vinger Mohamed Salah üçün böyük təklif hazırlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira məlumat yayıb.
Onun sözlərinə görə, Səudiyyə təmsilçiləri son günlərdə yenidən futbolçunun nümayəndələri ilə əlaqə saxlayıblar. Səlaha 2028-ci ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə təklif olunub.
Razılaşmada əlavə olaraq daha bir mövsüm – 2029-cu ilə qədər uzadılma opsiyasının da yer aldığı bildirilir.
Mənbənin məlumatına əsasən, Səudiyyə klubu təcrübəli hücumçunu "Liverpul"la yollarını ayırdıqdan sonra azad agent statusunda heyətinə qatmağı planlaşdırır. Daha əvvəl yayılan xəbərlərdə Salahın mersisaydlılar forması ilə son oyununa çıxdığı iddia olunmuşdu.
Cari mövsümdə 32 yaşlı futbolçu bütün turnirlərdə 41 matçda meydana çıxıb, 12 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubları son illərdə Salahı transfer etmək üçün bir neçə dəfə cəhd göstəriblər.





































































