"Sabah” komandası Pavol Şafranko ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.
Şafranko 2024-cü ildən Masazır təmsilçisinin uğurları üçün çalışırdı. O, “Sabah”ın heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.
Təcrübəli hücumçu komanda ilə bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.




































































