
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan “Hekken” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, İsveç təmsilçisi Praqa "Slaviya"sından 23 yaşlı müdafiəçi Ayxam Usu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İsveç millisinin üzvü olan futbolçu bu mövsümü icarə əsasında "Hekken"də keçirəcək.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının H qrupunda "Hekken"lə yanaşı "Bayer" və "Molde" ilə mübarizə aparacaq.