Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, komandanı Marius Şumudika çalışdıracaq.
Rumıniyalı mütəxəssis bu vəzifədə Erdal Günəşi əvəzləyib.
Qeyd edək ki, son olaraq Səudiyyə Ərəbistanında "Əl Raed"də işləyən 57 yaşlı mütəxəssis 2019-2021-ci illərdə də "Qaziantep"in baş məşqçisi olub.