"Vilyarreal"ın yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Kike Setyenin istefa göndərilməsindən sonra boş qalmış bu vəzifəyə Paçeta təyin edilib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Paçetanın son klubu "Valyadolid" (2021-2023) olub.
“Vilyarreal” La Liqada 4 turdan cəmi 3 xalla La Liqa cədvəlinin 15-ci pilləsində qərarlaşıb.