
Bu gün futbol üzrə Azərbaycan 2-ci liqasında 2-ci tura yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçiriləcək. "Cəbrayıl" "Göygöl"ü, "Dinamo" "Lerik"i, "Qusar" isə "Şəmkir"i qəbul edəcək.
Qeyd edək ki, turun ilk 4 matçı dünən keçirilib.
11 sentyabr (bazar ertəsi)
14:00. “Cəbrayıl” – “Göygol”
Hakimlər: Kamranbəy Rəhimov, Vüsal Məmmədov, Rasim Axundov, İrşad Aydınov
Neftçi Futbol Mərkəzi (IV meydança)
16:00.“Dinamo” – “Lerik”
Hakimlər: Kamran Əliyev, Müslüm Əliyev, Orxan İbişov, İslam Məmmədov
Binə qəsəbə stadionu
16:30. “Qusar” – “Şəmkir”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena” (ehtiyat meydança)
10 sentyabr (bazar)
“Şəfa” – “Sheki City” - 0:6
“Şahdağ Qusar” – “Kürmük Qax” - 3:1
“Ağdaş” – “Baku Sportinq” - 2:4
“Kür-Araz” – “Füzuli” - 1:2