Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı oyunlar üçün heyəti məlum olub.
Sportnet.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.
Komanda sözügedən matçlara hazırlıq məqsədilə sentyabrın 18-dən təlim-məşq toplanışına başlayacaq.
Sentyabrın 22-də “Dalğa Arena”da Kipri qəbul edəcək Azərbaycan millisi sentyabrın 26-də Monteneqronun qonağı olacaq.
Qapıçılar: Aytac Şərifova (“Trabzonspor”, Türkiyə), Nərgiz Əliyeva (“KDZ Ereğli Spor”, Türkiyə);
Müdafiəçilər: Göknur Güləryüz (“Fənərbaxça”, Türkiyə), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Kamilla Məmmədova (“Doğuş Gold Asiya Spor”, Türkiyə), Nərgiz Hacıyeva (“Trabzonspor”, Türkiyə), Mana Mollayeva (“Neftçi”), Ayşən Əhmədova (PAOK, Yunanıstan );
Yarımmüdafiəçilər: Kristina Bakarandze (“Qalatasaray”, Türkiyə), Diana Məmmədova (“Yenisey”, Rusiya), Coşquna Əliyeva, Firəngiz Teymurova (hər ikisi “Neftçi”), Sona Rəhimova, Vüsalya Hacıyeva (hər ikisi “Amedspor”, Türkiyə), Vüsalya Seyfəddinova (“Fomget”, Türkiyə);
Hücumçular: Eliz Adjar, Peritan Bozdağ (hər ikisi "Fatih Vatan", Türkiyə), Alina Dorofeeva ("Yenisey", Rusiya), Sevinc Cəfərzadə ("Krasnodar", Rusiya), Nazlıcan Parlak ("Qalatasaray", Türkiyə), Jalya Maxsimova (“Amedspor”, Türkiyə), Milana Rəhimova (“Nuhspor SB”, Türkiyə), Aysun Əliyeva (“Neftçi”).