UEFA İngiltərənin "Nyukasl" klubunu cəzalandıra bilər.
Sportnet.az xəbər verir ki, buna Premyer Liqa təmsilçisinin Avropa futbol qurumunun qaydalarını pozması səbəb olub.
Komanda Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Milan"a qarşı keçirəcəyi oyun üçün İtaliyaya 2 saat 20 dəqiqə gec gedib.
Nəticədə baş məşqçi Eddi Haunun saat 12:00-dan 20:00-dək gerçəkləşməli olan mətbuat konfransı yubanıb. Mütəxəssis əlverişsiz hava şəraitinə görə Milana gec çatdıqlarını vurğulayıb.
Qeyd edək ki, sentyabrın 19-da oynanılacaq "Milan" - "Nyukasl" matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.