
"Barselona" futbolçusu Alexandro Balde ilə müqaviləni uzadıb.
Sportnet.az xəbər verir ki, 20 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Balde 2021-ci ildən əsas komandada çıxış edir. O, Kataloniya klubunda ümumilikdə 41 oyun keçirib və 1 qol vurub.