"Bu qələbəni ordumuza, xalqımıza həsr edirik".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Norveç "Molde"sinə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının ilk tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
42 yaşlı mütəxəssisin sözlərinə görə, cəbhədə baş verənlərin komandasının çıxışına təsir edəcəyindən ehtiyatlanırlar. Qurbanov bu amilin oyuna sirayət etməməsinə və komandasının göstərdiyi performansa sevindiyini vurğulayıb.
Baş məşqçi qələbə və gözəl oyun münasibətilə komandasını təbrik edib.