
Bu gün Misli Premyer Liqasında 7-ci tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, sonuncu oyun günündə 1 matç keçirilib. 4-cü yerdəki "Qarabağ" autsayder "Qəbələ"ni qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Bu qələbə xalını 13-ə yüksəldən Ağdam təmsilçisi 3-cü pillədə qərarlaşıb.
25 sentyabr (bazar ertəsi)
19:00. “Qəbələ” – “Qarabağ” - 1:2
Qollar: Hamidu Keyta, 2 (0:1), Nəriman Axundzadə, 11 (0:2), Lukas Afriko, 75 (1:2)
Qırmızı vərəqə: Kevin Medina, 42
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev
Qəbələ şəhər stadionu