
"Qarabağ"ın albaniyalı hücumçusu Redon Cica Misli Premyer Liqasının 7-ci turunda bu gün "Qəbələ" ilə keçiriləcək səfər oyununda iştirak etməyəcək.
Sportnet.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
"Cica Qəbələyə gətirilməyib. Ayağındakı zədə ilə bağlı müalicəsi davam edir. Bu həftə məşqlərə başlayacağı gözlənilir" - deyə klub rəsmisi bildirib.
A.Hacıyev Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Molde" ilə keçirilən oyunda zədələnən braziliyalı müdafiəçi Mateus Silvanın durumunun isə yaxşı olduğunu, məşqlərdə iştirak etdiyini deyib.