
La Liqanın 6-cı turunda “Atletiko” - "Real" matçından (3:1) əvvəl meydan sahiblərinin azarkeşləri “kral klubu”nun 8 yaşlı qız fanatına qarşı kobudluq ediblər.
Sportnet.az xəbər verir ki, balaca qız görüşə Vinisius Junior forması ilə gəlib. Həmin vaxt qız və onun yanındakı qadın təhqirlərə məruz qalıb, ölümlə hədələnib. "Atletiko" azarkeşləri onlara “meymun” deyiblər.
"Real" hadisə ilə bağlı qızı ailəsi ilə birlikdə "Santyaqo Bernabeu"da "Las Palmas"la ötən gün keçirilən (2:0) oyuna dəvət edib. Komandanın bir neçə oyunçusu və "Real" prezidenti Florentino Peres balaca azarkeşlə görüşüb.