Fransanın “Sent-Etyen” klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu İbrahima Vadji zədədən əziyyət çəkir.
Sportnet.az xəbər verir ki, 28 yaşlı hücumçu yalnız oktyabrın sonlarında yaşıl meydanlara qayıda bilər.
Ayaq biləyindən xəsarət alan seneqallı forvard son olaraq avqustun 12-də "Rodez"ə 2:1 hesabı ilə qalib gəldikləri Liqa 1-in II tur oyununda iştirak edib.
Qeyd edək ki, İbrahima Vadji 2021/2022 mövsümündə "Qarabağ"ın formasını geyinib və komanda ilə Azərbaycan çempionu olub.