Türkiyənin "Qalatasaray" klubunun iki futbolçusu zədə səbəbindən İngiltərədə "Mançester Yunayted"ə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunun oyununu buraxacaq.
Sportnet.az xəbər verir ki, Hakim Ziyeş və Kazımcan Karataşın adı görüşün iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, oktyabrın 3-də reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Hakim Ziyeş "Qalatasaray"a yay transfer dönəmində İngiltərənin "Çelsi" klubundan keçib.