
"Qarabağ"ın gürcüstanlı qapıçısı Luka Quqeşaşvili Azərbaycan U-21 millisinə çağırılmayan komanda yoldaşı - qolkiper Amin Ramazanova dəstək olub.
Sportnet.az xəbər verir ki, o, bu barədə öz İnstaqram hesabında paylaşım edib. O, AFFA-nın və milli komandaların rəsmi səhəfələrini işarələyərək yazıb: "Güzünüzü açın".
Qeyd edək ki, "Qarabağ"dan U-21 millisinə heç bir futbolçu dəvət olunmayıb.
Xatırladaq ki, 20 yaşlı Amin Ramazanov bu mövsüm Premyer Liqada 2 oyun keçirib.