"Liverpul"un yarımmüdafiəçisi Tiaqo Alkantara "Barselona"ya qayıda bilər.
Sportnet.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 32 yaşlı futbolçunu transfer etmək variantını nəzərdən keçirir.
Alkantaranın müqaviləsi 2024-cü ilin yayında başa çatır və Mersisayd təmsilçisi çətin ki, onunla müqaviləni uzatsın. Daha əvvəl "Liverpul"un qışda futbolçu ilə yolları ayırmağa hazır olduğu iddia olunurdu.
Bildirilib ki, "Barselona" oyunçu ilə bağlı vəziyyəti izləyir və Alkantara yayda azad agent olacağı təqdirdə, onu kluba dəvət etməyə hazırdır.
Xatırladaq ki, Tiaqo Alkantara “Barselona”nın yetirməsidir. O, 2013-cü ildə “Bavariya”ya, 2020-ci ildə isə “Liverpul”a keçib.